Yanvarın 25-də Gəncə
şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı
rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin 2022-ci ildə gördüyü
işlərə və 2023-cü ildə qarşıda duran vəzifələrə dair illik hesabat iclası
keçirildi. Kosalar kənd tam orta məktəbinin akt
zalında keçirilən hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar
Usubov, müəssisə, idarə rəhbərləri və Kosalar kənd sakinləri iştirak etdilər. Əvvəlcə hesabat iclasının reqlamentinə əsasən iclası
aparmaq üçün sədr və katib seçildi. Xocalı rayon İHB-nın Kosalar kənd
İƏD-si üzrə nümayanədəsi Şahid Rzayev hesabat məruzəsi ilə çıxış edərək nümayəndəliyin
gördüyü işlərdən məlumat verdi. Şahid Rzayev bildirdi ki, Kosalar kənd
nümayəndəliyindən 499 sayda müxtəlif məzmunda: ailə tərkibli, yaşayış yeri və sair arayış verilmişdir. İdarə və təşkilatlara 61 sayda müxtəlif məzmunlarda məktublar
göndərilmişdir.Şahid Rzayev nümayəndəliyin
nəzdində olan idarə və müəssisələrin fəaliyyəti haqqında da məlumat verdi. Qeyd
etdi ki, Mədəni-maarif müəssisələrinin işçiləri
bütün dövlət əhəmiyyətli
tədbirlərin keçirilməsində yaxından iştirak edirlər. Xocalı Soyqırımının
30 –cu ildönümü nümyəndəliyin
tabeliyində olan idarə və
müəssisələrin iştirakı ilə Mədəni-maarif müəssisələrinin tərtib
etdikləri kompazisiyada yaxından iştirak etdilər. Mədəni-maarif müəssisələri
qəsəbədə ucaldılmış “Ana Harayı”
abidəsinin qorunub saxlanmasında
yaxından iştiralk edirlər. 2022 – ci ildə “Şuşa”
ili münasibəti ilə kütləvi tədbirlər
keçirilmiş, Kosalar kənd İcra
nümayəndəliyinin təşkilatçılığı ilə Mədəni-maarif müəssisələri Kosalar kənd Mədəniyyət evində “Zəfər” bayramının 2-ci ildönümü qeyd edilmişdir.Xocalı rayon Yaloba
kənd Tarix - Diyarşünaslıq
Muzeyinin kollektivi tarixi
maaddi dəyərli abidələrin
qorunub saxlanması, gənc nəsilə
nümayiş etdirilməsi muzey işçiləri tərəfindən yüksək səviyyədə təşkil edilmişdir.Kosalar kənd
Ailə Sağlamlıq Mərkəzi, 2022-ci ildə 2335 nəfər xəstə müraciət edib. Xəstələrə Stomotoloji, Terapevtik və təcili tibbi
yardım edilib.Evə çağırışların
sayı 4350 olmuşdur. Uşaqlar arasında
vaksinasiya turları vaxtlı - vaxtında aparılır. Hamilə qadınlar qeydiyyata götürülmüş, onlara tibbi
nəzarətlər edilmişdir.Kosalar kənd
icra nümayəndəliyi illik
iş planına uyğun
yerlərdə əhalinin mövcud problemləri, görülən işlər
haqqında gündəlik olaraq İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və
yerli özünüidarəetmə orqanları
ilə iş şöbəsinə
məlumat verir. Hesabat məruzəsi ətrafında çıxışlarda nümyəndəliyin gördüyü işlər qənaətbəxş hesab edildi.Daha sonra Xocalı
rayon İH-nin başçısı Şahmar Usubov hesabat məruzəsinə münasibət bildirdi. Nümayəndəliyin
gördüyü işləri qənaətbəxş sayan rayonumuzun icra başçısı, pandemiyadan sonra
ilk dəfədir ki, Kosalar kənd nümayəndəliyində hesabat iclasının keçirildiyini
diqqətə çatdırdı. Dövlətimizin koronavirus pandemiyasından ən az zərərlə
ötüşdüyünü və 44 günlük Vətən müharibəsindən sonra qalib xalq kimi yeni dönəmə qədəm
qoyduğumuzu dedi. Ölkə başçısı Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində
tezliklə Xocalı torpaqlarından bütünlüklə düşmən tapdağının kəsiləcəyinə əmin
olduğunu vurğuladı. Sonda problemi olan
sakinlər fərdi şəkildə müraciətlərini etdilər.
Yazıda yenilənmə gedəcək...